Mübariz Mənsimov Bodrumda 85 milyon avroya yeni otel alır
0
0
İş adamı mehmanxana biznesini genişləndirir
ABŞ-ın məşhur HSBC bankının İstanbulda 2003-cü ildə bombalanan şöbəsinin binasını alan, 100 milyon avro sərmayə qoyaraq yerində “The Edition Hatel Baku” mehmanxanasını tikən və bu payız bu mehmanxananın açılışına hazırlaşan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovdan yeni xəbər var. Lent.az-ın “emlakkulisi.com” saytına istinadən verdiyi məlumata görə, Mübariz Mənsimov mehmanxana biznesini genişləndirir.
Azərbaycanlı iş adamı artıq Bodrumdakı ‘Princess Hotel” mehmanxanasını satın almaq üçün danışıq aparıb, mehmanxananın hazırkı sahibləri Erdal və Nail Danyal qardaşları, eləcə də Kenan Magripli ilə şifahi razılaşma əldə edib. Mübariz Mənsimov “Princess Hotel” üçün 85 milyon avro ödəyəcək. Razılaşma yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, Mübariz Mənsimov Bodrumdakı “Palmalife Hotel”in də sahibidir.