İranın şübhəli proqramlarını Almaniya bankı maliyyələşdirir
İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı nəzarətin gücləndirilməsi ideyasını müdafiə edənlər, deyəsən, yanılmır.
Yeni, 4-cü qətnamənin tətbiqindən sonra məlum olub ki, İranın nüvə proqramı Almaniyanın kiçik bankı vasitəsi ilə maliyyələşir.
Lent.az-ın “Wall Street Journal”-a istinadən məlumatında bildirilib ki, “European-Iranian Trade Bank AG” adlı maliyyə qurum İranın ballistik raket düzəltməsi, aerokosmik proqramın gerçəkləşməsi, yeni adi silahlara dair proqramın hazırlanması barədə milyardlarla dollarlıq müqaviləni İslam Respublikasına məxsus şirkətlərlə sövdələşir.
Bankın müştəriləri arasında İran Müdafiə Sənayesi Təşkilatı, İran Kosmik Agentliyi, İran İslam İnqilabı Keşikçiləri Qvardiyası da var. Halbuki BMT Təhlükəsizlik Şurasının axırıncı qətnaməsində, Avropa Birliyi Komissiyası və Almaniya hökumətinin qərarında bu qurumlarla ticarət əlaqəsi qadağan edilib.
Qvardiyaya bağlı olan SEPAH İranın tərəfkeş maliyyə müəssisəsidir. SEPAH və “European-Iranian Trade Bank AG”-ın təmsilçiləri məsələyə münasibət bildirməkdən imtina edib.
“European-Iranian Trade Bank AG”-ın adı BMT və AB-nin qadağalar siyahısında olmasa da Almaniya hökumətinin uyğun qurumları yaxın zamanda bu yöndə araşdırma aparmaq niyyətindədir.
Sədrəddin Soltan

Oxşar yazılar

Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18