“Taro” 10 il azadlıqdan məhrum edildi
“Taro” ləqəbli qanuni oğru Tariel Muluxov (Oniani) 10 il azadlıqdan məhrum edilib.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, o, cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Prokuror 15 il iş istəsə də, “Taro”nu günahkar sayan Xamovniçesk Məhkəməsi onu 10 il azadlıqdan məhrum etməyə qərar verib. “Taro” həyat üçün təhlükəli dərəcədə zor tətbiq etməklə insan oğurlamaqda və şantajda günahlandırılıb. O, özünü günahkar saymayıb və cinayət işini qondarma adlandırıb.
İstintaq materiallarına görə, 2009-cu ilin martında 51 yaşlı “Taro”, 43 yaşlı Sergey Abutidze və 23 yaşlı Aleksey Zubarev Manaqadze soyadlı biznesmeni oğurlayıb. Biznesmenin azadlığa çıxması üçün qohumlarından 0,5 milyon dollar tələb olunub. 3 gün sonra biznesmenin qohumları 218 min dollar veriblər və o, azadlığa buraxılıb. Daha sonra Manaqadzedən pulun qalan hissəsi tələb edilib və hüquq mühafizə orqanları caniləri saxlayıb.
Qeyd edək ki, Tariel Oniani Rusiyanın ən məşhur və nüfuzlu “qanuni oğru”larındandır. Bəzi iddialara görə, “Yaponçik” ləqəbli “qanuni oğru” Vyaçeslav İvankovun öldürülməsini də “Taro” sifariş edib.

Oxşar yazılar

Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18