İranda qalstuk davası…
Ölkədəki çoxsaylı problemləri həllə etməkdənsə Tehran hakimiyyətinin aparıcı şəxsləri “Qərb mədəniyyətindən qorunmaq” üçün çeşidli üzücü məsələləri müzakirə edir.
Lent.az-ın İSNA-ya istinadən məlumatına görə, ciddi “ideoloji” müzakirələrdən biri də kişilərin qalstuk taxması ətrafında aparılır.
Bir qrup iddia edir ki, olar, hakimiyyətdəki din xadimləri isə əksini söyləyir.
“İslam din xadimlərinin çoxu qalstuk taxmağın yolverilməz olduğunu inanır” - deyə, ayətulla Əhməd Xatəmi bildirib. Qeyd edək ki, o, prezident Mahmud Əhmədinijatın sərt siyasi kursunu dəstəkləyənlərdəndir.
İran ali lideri ayətulla Xamneyi isə qalstuk və ya “kəpənəy”in taxılmaması barədə fitva da verib.
İranın prezidenti Mahmud Əhmədinijat indiyə qədər qalstuk taxmasa da rəsmi surətdə bildirib ki, İslam inqilabından sonra “Qərbyönlü mədəniyyətin rəmzlərindən sayıldığına görə qalstuk taxılması yasaqlanmışdı”, ancaq indi din xadimləri buna qarşı çıxış etmir.
Əhməd Xatəmi isə prezidentin bu sayaq bəyanatına qarşı çıxaraq, “müsəlman kişilərin saqqalını qırxmasının mümkünlüyü” haqda dediklərinə də sərt münasibət bildirib : “Cənab Əhmədinijatı belə mürəkkəb dini məsələlərə toxunmamağa çağırıram. Fikrimcə, bu, hökuməti zəiflədə bilər”. O, ölkə prezidentini belə çıxışlarına görə, eyhamla “qərbyönlü” də adlandırıb.
Xatırladaq ki, İranda hicabı pozanlara qarşı cərimələrin miqdarı artıb, şərtlər ağırlaşdırılıb. Əxlaq polisi cərimə ödəməyən, yaxud həmin polislərə “müqavimət göstərən” qadınları şöbəyə aparır, orada sorğu-sual edir, “eyni cinayəti bir daha təkrarlamayacağı”na dair izahat aldıqdan sonra sərbəst buraxır. Bununla yanaşı, tutulan qadınlar saçın üzərində eynəyə görə 12 man., qısa qolu pencəyə 20 man., açıq rəngli pencəyə 20 man., boyalı dırnağın hər birinə 20 qəp., makiyaj 20 man., cəlbedici rənglənmiş saça görə 120 man. cərimə ödəməlidir.
“canaz.tv”-nin məlumatına əsasən, hicaba ən ciddi nəzarət Məşhəd şəhərindədir. Orda “qaydaları” pozanların 1300 dollar məbləğində cərimə ediləcəyi bildirilib. Bundan başqa, şəhərin küçələrində hər gün yeniyetmə məktəbli qızlar “Çarşab marşı” oxuyur. Marşın sözləri belədir: “Qardaş, qardaş, çarşab geyinməyin mükafatı Cənnətdir, Çarşabı düzgün geyinməmək utancdır, utanc”.
Sədrəddin Soltan

674