İnqilab Keşikçiləri Qvardiyası sanksiyalardan gəlir əldə edir
15 iyul 2010 11:30 (UTC +04:00)

İnqilab Keşikçiləri Qvardiyası sanksiyalardan gəlir əldə edir

İslam Respublikasının rəsmiləri çıxışların sanksiyaların onlara təsir etmədiyini tez-tez vurğulayır. Müxalifət isə hakimiyyətin bu sayaq bəlağətli çıxışını tənqid etməklə yanaşı, rejimin çeşidli qurumlarının bu yasaqdan faydalandığını bildirir.

Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, parlamentin keçmiş sədri, prezidentliyə namizəd Mehdi Kərrubi ona yaxın veb-sayta bildirib: “İran İslam İnqilab Keşikçiləri Qvardiyası sanksiyalardan astronomik rəqəmlərlə gəlir əldə edir və ona görə də bütün varlığı ilə bu həmin qadağaları dəstəkləyir. Onlar yalnız ölkəyə qanuni yolla gətirilməsi yasaqlanmış malların qaçaqmalçılığı ilə deyil, beynəlxalq şirkətlər tərəfindən energetika sahəsində imtina edilmiş layihələri ələ keçirirlər”.

Xatırladaq ki, İslam Respublikası Daxili İşlər Nazirliyinin qaçaqmalçılığa qarşı mübarizə baş idarəsinin rəisi, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi bildirmişdi ki, ötən il qanunsuz yolla ölkəyə daxil olan və ölkədən çıxan malların ticarət dövriyyəsi 19 milyard dollardan artıq olub.

Onun sözlərinə görə, bu müddət ərzində İrana 16 milyard dollarlıq qaçaqmal gətirilib, 3 milyard dollarlıq isə çıxarılıb: “Bu malların yalnız 3 faizi müəyyənləşdirilərək, müsadirə olunub”.

Tehranın keçmiş prokurorunun dediyinə əsasən, bu qaçaqmalçılıq “güclü, qanunsuz birliklər tərəfindən himayə və idarə olunur, biz hələ onların arxasında duran qüvvələri müəyyənləşdirə bilməmişik”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar