İranda bələdiyyə seçkiləri 3 il təxirə salınır
14 iyul 2010 13:00 (UTC +04:00)

İranda bələdiyyə seçkiləri 3 il təxirə salınır

0
Tehran hakimiyyəti sanksiyalardan doğacaq iqtisadi-siyasi çətinliyi aradan qaldırmaq üçün çeşidli addımlar atmaqdadır.

Lent.az-ın “PressTV”-yə istinadən məlumatında bildirilib ki, hakimiyyət bələdiyyə seçkilərinin keçirilməsini üç il təxirə salıb. Tehranın qənaətincə, bu yolla dövlət vəsaitində qənaət edəcək. Xatırladaq ki, yerli şuralara (bələdiyyə belə adlanır) seçkilər bu il keçirilməli idi.

Hökumətin qərarına görə, bələdiyyə seçkiləri 2013-cü ildə növbəti prezident seçkisi ilə eyni vaxtda keçiriləcək.

Bundan başqa, parlament və Dini Ekspertlər Şurasına (ali rəhbəri, ayətulla Xamneyinin tutduğu vəzifə seçən qurum) seçkilərin isə 2012-ci ildə keçirilməsi planlaşdırılır.

Bəhs etdiyimiz siyasi kampaniyanın tarixinin dəyişdirilməsi haqda qərar ölkə məclisi tərəfindən qəbul edilib. Bu qərar Nəzarət Şurası tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək.

Müşahidələrə əsasən demək olar ki, seçkilərin təxirə salınması heç də maliyyə vəsaitinə qənaətlə bağlı deyil. Hakimiyyət indiki vəziyyətdə seçki kimi siyasi kampaniyanın keçirilməsindən ehtiyatlanır. Çünki ötən ilki prezident seçkisi zamanı ölkə vətəndaşlarının etiraz aksiyası cəmiyyətin mövcud hakimiyyəti qəbul etmədiyini bir daha təsdiqlədi. Başqa sözlə insanlar həmin aksiyalar zamanı seçkinin rəsmi nəticələrindən çox mövcud hakimiyyətə etiraz edirdi. Bu baxımdan həmin siyasi kampaniyalar qabağı təbliğat zamanı Tehran demokrat rolunu oyanmaqdan çəkinir. Çünki bu oyun onun boyuna uyğun gəlmir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 763

Oxşar yazılar