Böyük Britaniya Kilsəsi parçalanır
13 iyul 2010 18:00 (UTC +04:00)

Böyük Britaniya Kilsəsi parçalanır

Böyük Britaniya Kilsəsi parçalanmaq ərəfəsindədir.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, buna səbəb qadın yepiskopların səlahiyyətləridir.

Kilsənin Baş İdarəsi bu gün qadın yepiskopun rəhbərlik edəcəyi yeparxiyanın fəaliyyəti barədə Əsasnamə qəbul edib. Mühafizəkarların qadın-yepiskopların Böyük Britaniya Kilsəsinə rəhbərlik etməsinin qarşısının alınması istiqamətində səyləri nəticəsiz qalıb və Baş İdarədə liberal çoxluq istəyinə nail olub.

Artıq yeparxiyada təmsil olunan bir çox mühafizəkar din xadimləri Böyük Britaniya Kilsəsinə qadın yepiskopun rəhbərlik edəcəyi halda Roma Kilsəsinin - Vatikanın rəhbərliyini qəbul edəcəklərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771

Oxşar yazılar