Sarkozi dostunu qurban verdi
13 iyul 2010 15:30 (UTC +04:00)

Sarkozi dostunu qurban verdi

Əmək naziri istefa verdi

Fransada kosmetika şirkətinin sahibi Lilian Bettenkurtla qızı arasında sərvət davasından başlayıb 2007-ci ildə prezident Nikolas Sarkozinin seçki kampaniyasının maliyyələşməsinə qədər uzanan korrupsiya iddiaları əmək naziri Erik Vörtün istefasına səbəb olub.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Fransanın əmək naziri Erik Vört istefa verib.

Nazir prezidentin məsləhəti ilə belə addım atıb.

Qeyd edək ki, Fransanın ən valı qadını olan Lilian Bettenkurtun vergi qaçırdığı və bir zaman büdcə naziri olan indiki əmək naziri Erik Vörtün həyat yoldaşı bu şirkətdə çalışdığı üçün bu qanunsuzluğa göz yumduğu haqda iddialar xeyli müddətdir ölkənin əsas gündəm mövzusuna çevrilib.

Lilian Bettenkurtun keçmiş mühasibi patronunun 2007-ci ildə Nikolas Sarkozinin seçki kampaniyasına 150 min avro bağışladığını və bu pulun iqtidarın “kassası” kimi tanınan Erik Vörtə təqdim edildiyini bildirib. Nikolas Sarkozi hökumətinin bu günə qədər yaşadığı ən böyük qalmaqal sayılan bu iddiaların prezidentin ictimai dəstəyini ciddi şəkildə azaltdığı bildirilir.

Xatırladaq ki, bu gün əmək naziri istefa qərarını verməzdən öncə Nikolas Sarkozi iddialara canlı yayında cavab vermişdi. Yelisey Sarayında verdiyi açıqlamada prezident parlamentdə qəbul etməyə hazırlaşdıqları mübahisəli pensiya islahatını kölgədə buraxmaq üçün ona qarşı kampaniya aparıldığını bildirib. Nikolas Sarkozi özünü müdafiə etmək əvəzinə Lilian Bettenkurtun vergi qaçaqçılığına göz yuman əmək naziri Erik Vörtün dürüst və işinin peşəkarı olduğunu söyləyib.

Hökumətə bağlı olan maliyyə komitəsi də hesabatında Erik Vötrün Lilian Bettenkurtun vergi qaçırmasına göz yumduğuna dair heç bir əlamət olmadığını bəyan edərək naziri təmizə çıxarıb. Digər tərəfdən, Lilian Bettenkurtla 1 milyard avroluq hədiyyə verdiyi fotoqraf Fransua Marie Banierin evlərində də axtarış aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar