Qadın zinaya görə daşqalaqla öldürüləcək?
Şərqi Azərbaycanda (İran) yaşayan 43 yaşlı iki uşaq anası Səkinə Məhəmməd Aştiyani daşqalaq ediləcək. Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, qadın hələ 2006-cı ildə ərinin ölümündən sonra başqa kişiylə “qeyri-qanuni əlaqəyə” girdiyinə görə 99 şallaq cəzası alıb.
99 şallaq ona hazırda 16 və 20 yaşlarında olan övladlarının gözləri önündə vurulmuşdu.
Ancaq daha sonra, ərini öldürməkdə günahlandırılan şəxsin məhkəməsi zamanı Aştiyani hələ dul olmadan öncə başqa bir adamla qeyri-qanuni cinsi əlaqədə olduğuna görə zina etməkdə günahlandırılıb.
Artıq 5 ilə yaxındır həbsdə olan qadın bu məsələnin üzə çıxmasından sonra daşqalaq edilməklə edam cəzasına məhkum olunub.
Onun vəkili Məhəmməd Mustafai qadının hər an edam oluna biləcəyini açıqlayıb.
Beynəlxalq insan haqları müdafiə təşkilatları İranı qınayaraq, ölkəni edam cəzasının ləğv olunmasına çağırıb.
Avropa Birliyinin nümayəndəsi Katerina Aşton açıqlama verərək Aştiyani və edama məhkum edilmiş digərlərinin ölüm cəzasının ləğv olunmasını istəyib.
İran rəsmiləri bu çağırışlarla bağlı hələ ki, heç bir münasibət bildirməyib.
Britaniya mətbuatı isə İran səfirliyinə istinadən məlumat yayıb ki, İran hökuməti Aştiyanini edam etməkdən vaz keçib.

741