İran TV “Arasbaran”dakı konserti “milli faciə” adlandırıb
İran İslam Respublikasında Azərbaycan Mədəniyyəti günlərinin keçiriləcəyi gözlənilir. Maraqlıdır, Tehran hakimiyyətindəki şovinist düşüncəlilər bu tədbirin baş tutmasını əngəlləmək üçün nələr planlaşdırırlar? Ötən gün baş vermiş bir olay belə sualın ortaya çıxmasına səbəb olub.
Lent.az-ın “butovazerbaycanbirliyi”-nə istinadən məlumatında bildirilib ki, hər il onlarla fars müğənnisi Bakıda ən möhtəşəm salonlarda konsert verir. Ancaq İslam Respublikasının televiziyası Azərbaycan Respublikasından qonaq gəlmiş aşıqların 10 dəqiqəlik ifasını qəbul edə bilməyib, bunu İran üçün “milli faciə” adlandırıb.
İki gün öncə Tehranın “Arasbaran” Mədəniyyət Mərkəzində Güney Azərbaycan aşıqlarının konserti olub. Həmin tədbirə Azərbaycan Respublikasından qonaq kimi bir neçə aşıq da dəvət edilib.
Konsertdə güneyli aşıqlar təbii olaraq, Azərbaycanın aşıq havaları və mahnılarını ifa edib. Qonaq kimi iştirak edən Azərbaycan Respublikasından olan aşıqlardan bir-iki mahnı ifa etmələri xahiş olunub. Tamaşaçılar, özəlliklə də gənclər qonaqların çıxışını gözlənildiyindən daha çox alqışlayıb. Bu alqışlardan isə Tehran hakimiyyətinin uyğun qurumları ciddi rahatsızlıq keçirib.
Mənbənin məlumatına əsasən, konsert zamanı məmurların çeşidli problemlər yaratmaq cəhdlərinə baxmayaraq, tamaşaçıların təkidli tələbi nəticəsində tədbir nəzərdə tutulduğundan da uzun sürüb.
Bundan sonra “Arasbaran” mədəniyyət mərkəzi rəhbərliyi və Azərbaycan aşıqları İran mətbuatının hədəfinə çevrilib.
İran TV, ölkə içində və xaricindəki hakimiyyət meylli çeşidli xəbər agentlikləri, çap mətbuatı tədbirlə bağlı geniş, özlərinə məxsus “tənqidi” yazılar yazır, buna dair məlumatlar yayırlar.
İran TV Azərbaycan aşıqlarının öz türkcəmizdə konsert verməsini, tamaşaçıların onları coşqu ilə qarşılamasını nəzərdə tutaraq, hakimiyyəti bu məsələyə “lazımı diqqət ayırmamaqda” suçlayaraq, belə davranışı “milli faciə” kimi dəyərləndirib.
TV kanalı türkcə mahnı oxunmasını “qanuna və İslam şəriətinə zidd hərəkət” adlandıraraq, Azərbaycan Respublikasından olan qonaq aşıqların konsertə qatılmalarını “qaranlıq və şübhəli məqam” kimi qiymətləndirib.
Telekanal konsert təşkilatçılarının və “Arasbaran” mədəniyyət mərkəzinin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilmələrini tələb edib. Azərbaycan Respublikasından olan sənətçilərin ifalarını “əxlaqsızlıq” adlandırmaqdan çəkinməyib.
Mədəniyyət mərkəzinin rəhbərliyi isə deyilənləri təkzib edib. Yerli müşahidəçilərin fikrincə, onlar mövcud rejimin münasibətini nəzərə alaraq, başqa cür davrana bilməzdi.
Onu da xatırladaq ki, iyulun 6-da Bakıda Beynəlxalq Muğam mərkəzində İran müğənnisi Mohtabad və “Rudəki” musiqi qrupunun konserti keçirilib, mərkəzin foyesində isə “İran tarixi”ni əks etdirən fotosərgi, son illər bu ölkədə çap olunmuş kitablar nümayiş etdirilib. Həmin tədbir haqda respublikamızın KİV-i və Elektron informasiya vasitələri dəfələrlə məlumat yayıb. Hadisə İran İslam Respublikasının mədəniyyət və islam irşad naziri Məhəmməd Hüseyninin rəhbərlik etdiyi bir heyətin Bakıda səfərdə olduğu günlərdə baş verib.
Sədrəddin Soltan

677