NATO baş katibi Avropa Birliyini Türkiyəyə münasibətdə ədalətli olmağa çağırdı
Anders Foq Rasmussen: “Türkiyənin Avropa Müdafiə Agentliyinə üzv olma istəyinə müsbət cavab verilsin”
NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa Birliyinin Türkiyəyə qarşı daha ədalətli davranmasının vacib olduğunu vurğulayıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Anders Foq Rasmussen Türkiyə ilə yalnız NATO-da deyil, Avropa Birliyində də bir ortaq kimi yaxın əlaqələrin önəmli olduğunu söyləyib.
O, Avropa Birliyini Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi üçün üzvlük müzakirələrindən əlavə bir sıra praqmatik addımlar atmağa çağırıb. Anders Foq Rasmussen xüsusilə Avropa Birliyinin hərbi missiyalardakı qərar vermə mexanizmlərində Türkiyəyə daha çox rol verməsini vacib hesab edib və Türkiyənin Avropa Müdafiə Agentliyinə üzv olma istəyinə müsbət cavab verilməsini istəyib.
Norveç kimi Avropa Birliyi üzvü olmayan ölkənin bu mexanizmin içində yer aldığına diqqət çəkən NATO-nun baş katibi Türkiyəni hərbi araşdırma və inkişafı nəzərdə tutan bir qurumdan kənarda saxlamağı ədalətsizlik hesab edir.

541