Qadın lotereyada 4-cü dəfə milyonlar uddu
Onun yanında dayanmaq belə pul gətirə bilər...
ABŞ-ın Las-Veqas şəhərinin sakini Coan Qinter 17 il ərzində artıq 4-cü dəfə lotereyada milyonluq uduş sahibi olub. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sonuncu dəfə o, uduş şansı 1/1200000 olan lotereyada 10 milyon dolların sahibi olub.
Coan Qinterin lotereyada bəxtinə 1993-cü ildə 5,4 milyon dollar düşüb. 2006-cı ildə 2 milyon dollara sevinib. 3 il sonra isə 3 milyon dollar uduşun sahibi olub.
Texas Universitetinin riyaziyyat professoru Maykl Starberd deyib ki, bu, astronomik bir hadisədir. 63 yaşlı Coan Qinterin “karyerası” ərzində uduşu 20,4 milyon dollardır. O, həmişə lotereya biletlərini anadan olduğu Texas ştatının Bişop şəhərindən alır.
Coan Qinter Texas lotereya komissiyasından onun haqqında ictimaiyyətə geniş məlumat verməməyi də xahiş edib.

809