İnterpolun keçmiş şefini 15 il həbs cəzası gözləyir
02 iyul 2010 15:18 (UTC +04:00)

İnterpolun keçmiş şefini 15 il həbs cəzası gözləyir

Ceki Selebi narkobarondan 175 min dollar rüşvət istəyib

İnterpolun keçmiş rəhbəri, Cənubi Afrika Respublikasının milli polisinin keçmiş baş komissarı Ceki Selebi korrupsiyada mütəşəkkil cinayətkarlıqla əlaqədə günahkar sayılıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, istintaq materiallarına görə, İnterpolun keçmiş şefi 175 min dollar rüşvət alıb.

Ceki Selebini 15 il azadlıqdan məhrum etmə cəzası gözləyir. O, əvvəldən bütün ittihamları rədd edib. Ceki Selebinin vəkili artıq prokuroru qərəzçilikdə günahlandırıb. Vəkil deyib ki, müdafiə etdiyi şəxs Cənubi Afrika Respublikasının keçmiş prezidenti Tabo Mbeki ilə yaxın münasibətdə olduğu üçün indiki hakimiyyətin böyük sui-qəsdinin və siyasi intriqasının qurbanıdır.

Qeyd edək ki, Ceki Selebi özünə qarşı ittihamlar irəli sürüldükdən sonra 2008-ci ildə İnterpolun rəhbəri postunu tərk edib. 2009-cu ildə isə Cənubi Afrika Respublikasının polisinin rəhbəri vəzifəsindən çıxarılıb. İstintaq materiallarında qeyd olunur ki, Ceki Selebi 2005-ci ildə cənubi afrikalı narkobaron Qlena Aqliottidən 175 min dollar rüşvət alıb. Qlena Aqliotti qəsdən adam öldürməkdə günahlandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar