Məşhur pianoçu zorlamada təqsirləndirilir
Rusiya Milli Orkestrinin yaradıcı rəhbəri və baş dirijoru 20 il azadlıqdan məhrum edilə bilər
Tailand Məhkəməsi bu gün rusiyalı məşhur pianoçusu, xalq artisti, Rusiya Milli Orkestrinin yaradıcı rəhbəri və baş dirijoru Mixail Pletnevə qarşı yetkinlik yaşına çatmamış qızı zorlama maddəsi ilə ittiham irəli sürüb.
Lent.az-ın “Ria-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Mixail Pletnev 9 min dollar müqabilində müvəqqəti sərbəst buraxılıb.
12 gün ərzində musiqiçi məhkəmədə qeydiyyata düşməlidir. Ona işin şahidlərindən hər hansı biri ilə danışmaq qadağan olunub. Rusiyanın Tailanddakı səfirliyinin konsulluq şöbəsinin müdiri Andrey Dvornikovun bildirdiyinə görə, yerli polis Mixail Pletnevə bildirib ki, bir neçə sakin onun əleyhinə ifadə verib: “Ancaq polislər Mixail Pletnevin evinə gəlib, axtarış aparsalar da, şübhəli heç nə tapmayıblar”.
Əgər Mixail Pletnevə qarşı ittiham təsdiqini tapsa, onu 20 il azadlıqdan məhrumetmə cəzası və 1,2 min dollar cəza gözləyir. Mixail Pletnev özü isə agentliyə açıqlamasında deyib ki, ona qarşı irəli sürülən ittiham əsassızdır və Tailandı tərk etmək fikrində deyil. O, geniş şərh verməkdən imtina edib.
Qeyd edək ki, sənətçi 14 yaşlı qızı zorlamaqda təqsirləndirilir.

623