Rusiya hakimiyyətinə Krım sürprizi
Rus dili Krımda regional statusdan məhrum edildi
Krımda rus dilinin regional statusa malik olması barədə Sevastopol şəhər Şurasının qəbul etdiyi qərarı Sevastopol Məhkəməsi ləğv edib.
Lent.az-ın “Nezivisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, bununla belə, Krım Ali Şurasının mayın 26-da qəbul etdiyi qərara əsasən, rus dilindən sərbəst istifadə qüvvədə qalıb və buna Konstitusiya zəmanəti verilib.
Yəni rus dili regional status qazanmasa da, Krımda sərbəst istifadə edilməsinə icazə verilib.
Qeyd edək ki, Viktor Yanukoviç prezident seçkilərindən əvvəl nisbətən rus dilinə ikinci dövlət statusu verəcəyini vəd etmişdi. Ancaq o, prezident seçildikdən sonra bu məsələni reallaşdırmadı. Prezident Administrasiyasının rəhbərinin müavini Anna Qerman deyib ki, Avropa Xartiyasına uyğun olaraq azlıqların hüquqları qorunur və regionlara sərbəst olaraq hansısa dilə regional status vermək səlahiyyəti verilib.
Sevastopol Məhkəməsinin şəhər Şurasının qərarını ləğv edərək rus dilini regional statusdan məhrum etməsi Rusiya hakimiyyəti üçün sürpriz olub. Rusiyalı müşahidəçilər bunu Viktor Yanukoviçin dolaylı olaraq vədindən imtina etməsi kimi dəyərləndirirlər.

Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05