“Səni şişə çəkəcəyəm...”
İsrailin sənaye, ticarət və əmək naziri müdafiə nazirinin köməkçisini hədələyib
İsrail sənaye, ticarət və əmək naziri Binyamin Ben-Eliezerin keçən həftə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə gizli görüşü bu ölkənin Nazirlər Kabinetində sərt söz duelinə səbəb olub.
Lent.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, Binyamin Ben-Eliezer müdafiə naziri Ehud Barakı mediaya yanlış məlumat sızdırmaqda günahlandırıb.
Binyamin Ben-Eliezer deyib ki, Əhməd Davudoğlu ilə görüşdən əvvəl Ehud Barakla bu məsələni telefonda müzakirə ediblər və müdafiə naziri salamlarını Türkiyə xarici işlər nazirinə çatdırılmasını istəyib. Ancaq mətbuatda müdafiə nazirinin bu görüşə qarşı çıxdığının iddia edildiyini xatırladan Binyamin Ben-Eliezer medianın Ehud Barak köməkçilər tərəfindən səhv məlumatlandırıldığını vurğulayıb. O, Ehud Barakın xarici işlər naziri Avigdor Liebermana bu görüşə qarşı çıxdığını söyləməsini də tənqid edib.
Binyamin Ben-Eliezer olayın mətbuata bu şəkildə sızmasında müdafiə nazirinin mətbuat xidmətinin rəhbəri Barak Serini günahlandırıb: “Bunu əsla unutmayacağam. Sən kiminlə qarşılaşdığını bilmirsən. Səni şişə çəkəcəyəm”.
Nazirlər Kabinetinin toplantısında iştirak edən Barak Seri isə Binyamin Ben-Eliezerin ona qarşı səsini qaldırmamasını istəyib.
Qeyd edək ki, İsrail Nazirlər Kabinetinin son iclasında Qəzza sektoruna humanitar yardım aparan “Mavi Marmara” gəmisinə hücumla bağlı yaradılmış komissiyanın səlahiyyətləri genişləndirilib. Ali Məhkəmənin sabiq prokuroru Yaakov Turkelin rəhbərlik etdiyi 5 nəfərdən ibarət komissiya şahidləri zorla ifadə verməyə məcbur edə biləcək. Yanlış ifadə verən şəxs isə cinayət məsuliyyəti daşıyacaq.

Oxşar yazılar

Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18