Daşqalaq ediləcək ananın övladları yardım istəyir
Beynəlxalq ictimaiyyətin tövsiyələrinə məhəl qoymayan İranın məhkəmə sistemi daşqalaq edilməklə ölüm hökmünü hələ də icra edir.
Lent.az-ın İngiltərədə çıxan «The Daily Mail» qəzetinə istinadən məlumatına görə, İran vətəndaşı, 43 yaşlı Səkinə Məhəmmədi Aştani barəsində yerli məhkəmə daşqalaq hökmü çıxarıb. O, nikahdankənar intim əlaqədə günahlandırılır. Beynəlxalq Əfv Təşkilatı bu qərarı çağdaş dövlət üçün qəbuledilməz sayaraq, Tehran hakimiyyətini bu hökmü dəyişməyə çağırıb. Aştaninin 16 yaşlı qızı Fəridə və 20 yaşlı oğlu Səid beynəlxalq ictimaiyyətə müraciət edərək, anaları barədə çıxarılmış hökmün dəyişdirilməsini istəyiblər: «Xahiş edir ki, bizə yardım edəsiniz. Bu fəlakətin gerçəkləşməsinə imkan verməyin. Yaşadığımız bu dəhşəti təsvir etməyə söz tapa bilmirik. Anamızı xilas edin».
Mənbənin məlumatına əsasən, 2006-cı ilin mayında o, məhkəmənin təzyiqi ilə nikahdankənar cinsi əlaqədə olduğunu etiraf edib. Bu «etirafına» görə, məhkəmə Aştani barəsində 99 şallaq hökmü çıxarıb.
Qeyd edək ki, İslam Respublikasının cinayət məcəlləsinə əsasən, nikahdankənar cinsi əlaqəyə görə, daşqalaq edilməklə edam hökmü çıxarılır. Orta hesabla təxminən 20 dəqiqə ərzində atılan daşlar müəyyən edilmiş ölçüdə olmalı, məhkuma verilən əzab çox uzun sürməməli, ölümü də tez baş verməməlidir.
Belə cəza üsulu 1979-cu il inqilabından sonra həyata keçirilməyə başlayıb. Son illər bu hökm çox nadir halda icra olunur. 2002-ci ildə belə ölüm hökmü ilə bağlı moratorium tətbiq edilsə də, cinayət məcəlləsində müddəa saxlanılmaqdır.
Sədrəddin Soltan

582