Yanacaq dolu tanker partladı: 200 ölü, 100 yaralı
03 iyul 2010 11:30 (UTC +04:00)

Yanacaq dolu tanker partladı: 200 ölü, 100 yaralı

Konqoda baş verən hadisə nəticəsində ölənlərin arasında BMT hərbçiləri də var


Konqoda bir neft tankerinin partlaması nəticəsində 200-dən çox insan ölüb, 100-ü isə yaralanıb. Lent.az-ın məlumatına görə, hadisə iyulun 3-ə keçən gecə ölkənin şərqindəki Kivu vilayətində baş verib.


Vilayətin valisi Marsellin Kisamvo tankerin əvvəlcə çevrildiyini, sonra isə partladığını bildirib. Ölənlərin bir qismi yanacaq oğurlamağa çalışarkən, əksəriyyəti isə yaxınlıqdakı evlərdə dünya çempionatı matçını seyr etdikləri vaxt həyatlarını qeyb ediblər. BMT-nin sülhməramlı ordusunun əsgərləri də dünyasını dəyişib. Onlar insanların neft tankerinə yaxınlaşmasını əngəlləmək istərkən keçiniblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607

Oxşar yazılar