Obama İranla bağlı sərt sanksiyaları təsdiqlədi
02 iyul 2010 19:00 (UTC +04:00)

Obama İranla bağlı sərt sanksiyaları təsdiqlədi

Tehran isə uzaq mənzilli raket yaratmağa hazırlaşır

ABŞ prezidenti Barak Obama İrana qarşı birtərəfli qaydada sərt sanksiyaları nəzərdə tutan qanun layihəsini təsdiq edib.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, son illər İrana qarşı ən sərt sanksiyaları özündə əks etdirən sənəd xarici bank və şirkətlərə İranla enerji, sığorta və maliyyə sahəsində əməkdaşlığa qadağa qoyur, bu ölkəyə benzin və digər yanacaq növləri satılmasına icazə vermir.

Bu qadağanı pozan bank və şirkətlər ABŞ-ın qara siyahısına düşəcək. Ağ Ev bununla İranın nüvə proqramının qarşısını almağı qarşısına məqsəd qoyduğunu bəyan edir.

Bu arada İranın müdafiə naziri Əhməd Vahidi uzaq mənzilli raket yaratmağı planlaşdırdıqlarını açıqlayıb. İranda ingilis dilində yayımlanan “Pres TV” telekanalının məlumatına görə, müdafiə naziri ölkənin hava məkanını qorumaq üçün belə qərar qəbul edildiyini söyləyib. Ekspertlər Rusiyanın İrana “S-300” zenit-raket kompleksləri satmaqdan imtina etməsi ilə bağlı Tehranın belə qərar qəbul etdiyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar