Qalmaqallı gizli görüşlə bağlı rəsmi açıqlama verildi
Türkiyə Xarici İşlər Nazirliyi: “Gizli görüş tələbi İsraildən gəlib”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Brüsseldə İsrailin ticarət naziri Bünyamin Ben Eliezerlə görüşdüyü haqda xəbər rəsmən təsdiqlənib.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin “TRT Haber” kanalına açıqlamasında bildirib ki, görüş istəyi İsraildən gəlib.
Burak Özügərgin görüşdə İsrailin yardım gəmilərinə hücumundan sonra iki ölkə münasibətlərində gəlinən nöqtə və bundan sonra atıla biləcək addımlar haqda müzakirələr aparıldığını söyləyib. Xarici işlər naziri Əhməd Davudoğlu israilli nazirə Türkiyənin gözləntilərini konkret şəkildə çatdırıb. Onun sözlərinə görə, Əhməd Davudoğlu bildirib ki, Türkiyə İsraildən üzr istəməsini, təzminat ödəməsini, beynəlxalq istintaq komissiyası yaradılmasını və Qəzzaya yönəlik mühasirənin qaldırılmasını gözləyir.
Burak Özügərgin Bünyamin Ben Eliezerin bu tələbləri Təl-Əvivə çatdırmaq vədi verdiyini qeyd edib. O, əlaqələrin bundan sonrakı inkişafı haqda danışarkən qeyd edib ki, gəlinən nöqtə Türkiyə üçün arzu olunan deyil: “Görüş tələbinin qarşı tərəfdən gəlməsinin arxasındakı səbəb də hər halda qarşıdakı dönəmdə atmasını gözlədiyimiz addımların təkrar təsbitidir. Hər halda hökumət içərisində bunları müzakirə edərək bu qərara gəliblər”.

524