Avropa Birliyinə sədrlik hökumətini qura bilməyən ölkəyə keçdi
Belçika bölünmə təhlükəsi ilə üzləşib, Avropa Birliyində sədr böhranı yaşana bilər
Bu gündən Avropa Birliyinə sədrlik Belçikaya keçir.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Belçika Avropa Birliyinin yaranmasından etibarən 12-ci dəfə bu quruma sədrlik edir.
Lakin iyunun 13-də keçirilən parlament seçkilərindən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, hələ Belçikada yeni hökumət qurmaq mümkün olmayıb. Ölkədə ilk dəfə millətçi bir partiya digər partiyalarla müqayisədə daha çox səs qazanıb və ölkənin ən böyük partiyası statusuna yüksəlib. Bu səbəbdən də ölkənin bölünməsi məsələsi yenidən gündəmdədir. Ölkədə koalisiya müzakirələrinin aylarla davam edəcəyi proqnozlaşdırılır. Əgər belə olarsa, Avropa Birliyində də sədr böhranı yaşana bilər.

467