Vaşinqton və Moskva arasında casus savaşı başladı
ABŞ-da Rusiya kəşfiyyatına işləməkdə günahlandırılan 10 nəfər həbs edildi
ABŞ-da Rusiya kəşfiyyatına işləməkdə şübhəli sayılan 10 nəfər həbs edilib.
Lent.az-ın “Ria-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi böyük casus şəbəkəsinin üzə çıxarıldığını bildirib.
Həbs edilənlərin 5-i qadındır. Bu qadınlardan Viki Pelaz 20 ildən artıqdır ki, ABŞ-da yaşayır və ispan qəzetinin şərhçisidir. Həbs edilənlər arasında “Riçar” və “Sintiyu Merfi” adlı cütlük də var. Mərkəzi Kəşfiyyat İdarəsi bu şəxslərin həqiqi adla, yoxsa ləqəblə yaşadıqlarını, pasportlarının saxta olub-olmadığını araşdırır.
Casus qrupu xarici ölkəyə işləməkdə, qanunsuz pul “yumaq”da və saxta pasport məsələsində günahlandırılır. ABŞ Ədliyyə Nazirliyinin saytında casusların kimlərlə görüşdükləri və hansı texniki vasitələrdən istifadə etdikləri barədə geniş yazılıb. Qeyd olunub ki, casuslar Rusiyanın BMT-dəki missiyasında yer alan diplomatlarla əlaqəli olublar. Casusların son işi Rusiya prezidenti Dmitri Medvedevin amerikalı həmkarı Barak Obama ilə görüşündən əvvəl ABŞ-ın strateji hücum silahları ilə bağlı yeni razılaşma, Əfqanıstan və İranın nüvə proqramı ilə bağlı mövqeyini öyrənmək olub.
Rusiyaya casusluqda 11 nəfər günahlandırılır, ancaq onlardan birini ələ keçirmək mümkün olmayıb. Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin rəhbəri CNN-ə açıqlamasında deyib ki, həbslər barədə məlumatsızdırlar və Moskvadakı rəsmi şəxslərdən ətraflı məlumat almağa çalışacaqlar. Rusiya tərəfi hələ ki, məsələ barədə şərh vermir.
Ekspertlər yaxın günlərdə Rusiyanın ölkə ərazisində ABŞ kəşfiyyatına işləməkdə günahlandırdığı bir neçə nəfəri həbs edərək Vaşinqtona bu yolla cavab verəcəyini proqnozlaşdırırlar.

Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19