İran Moskvada «Qüds günü» təşkil edib
Həmin gün Tehranda və ölkənin başqa şəhərlərində İsrail və ABŞ əleyhinə şüarlar səslənir, fələstinlilərin haqlı olduğu barədə çıxışlar edilir, İsrail-Fələstin münaqişəsinin dini-siyasi kökləri dəyərləndirilir.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən yazdığı məlumata əsasən, bu həftə Moskvada adı çəkilən agentliyin mətbuat mərkəzində Beynəlxalq Qüds Gününə həsr olunmuş mətbuat konfransının keçirilməsi planlaşdırılıb.
Tədbiri təşkil edənlər bununla Rusiya və dünya ictimaiyyətinin diqqətini Fələstindəki problemlərə cəlb etmək istədiklərini bildirib. Mətbuat konfransında Moskvadakı Mərcani Fondunun hazırladığı peterburqlu şərqşünasların «Yaxın Şərq: savaş və siyasət» adlı məqalələr toplusunun təqdimatı keçiriləcək.
Bundan başqa, Moskvadakı Fələstin Mədəniyyət mərkəzinin sədri Vafiq əl-Şair, Rusiya İslam Komitəsinin sədri Heydər Camal, Ərəb Liqası dövlətlərinin Rusiyadakı səfiri Cümə əl-Fərcani, İranın Moskvadakı səfiri Mahmudrza Səcadi, Rusiya müftiləri şurasının həmsədri Nafiulla Aşırov və başqa ictimai qurumların təmsilçilərinin qatılacağı gözlənilir.
Sentyabrın 3-də, Orucluğun sonuncu cümə günü isə Moskvada «Yauzski Qapıları» meydanında «Qüds gününə» həsr olunmuş mitinq keçirilməsi planlaşdırılıb.
Sədrəddin Soltan

Oxşar yazılar

Meksikada DƏHŞƏT: 32 parçalanmış meyit tapıldı
5 avqust 2025 , 05:57
ABŞ-da atışma: ölənlər var
5 avqust 2025 , 04:57
Uşaqlıq mühiti riskli qərarlarda beynin işləmə tərzinə təsir edir
5 avqust 2025 , 03:29
Britaniyada ən böyük siçovul tutuldu
5 avqust 2025 , 02:17
Kamçatkada güclü zəlzələ baş verdi
4 avqust 2025 , 22:51
Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı
4 avqust 2025 , 06:07
UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......
4 avqust 2025 , 04:15