İran Qəzzaya gəmi göndərməkdən çəkindi
25 iyun 2010 15:30 (UTC +04:00)

İran Qəzzaya gəmi göndərməkdən çəkindi

İran İsrailin hücum ehtimalına görə iyunun 27-də Qəzza sektoruna humanitar yardım aparan gəmi göndərməyəcək.

Lent.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, İranın Fələstin Mübarizəsini Dəstəklmə Komitəsinin baş katibi Hüseyn Şeyxülislam deyib ki, iyunun 27-də yola salınması planlaşdırılan gəmi yola çıxmayacaq və humanitar yardım başqa vasitələrlə bölgəyə aparılacaq.


Hüseyn Şeyxülislam bildirib ki, gəmi göndərmək qərarını ləğv etmələrinin başlıca səbəbi İsrailin sərt və insanlıqdan kənar davranışıdır: “İsrail rejimi Qəzzada mühasirədə qalan insanlara yardım göndərmə məsələsini siyasiləşdirdi və biz bu cür humanitar yardımların siyasiləşdirilməsinə qarşıyıq. Çünki bizim üçün hər şeydən önəmli olan Qəzzanın mühasirəsinin aradan qaldırılmasıdır”.


İsrailin BMT-yə göndərdiyi məktubda İran və Livan gəmilərinin Qəzzaya gəlməsinin ölkəyə qarşı savaş açmanın bir nümayişi kimi qiymətləndirdiyini xatırladan Hüseyn Şeyxülislam qeyd edib ki, bu bəhanəni sionist İsrail rejiminin əlindən almaq üçün humanitar yardım İranın adı olmadan başqa yollarla bölgəyə göndəriləcək.


Qeyd edək ki, İran Qızıl Aypara Cəmiyyətinin rəsmiləri iyunun 22-də mətbuata açıqlamalarında jurnalist və 10 mülki şəxsdən ibarət “Qəzzanın uşaqları” adlı bir humanitar yardım gəmisinin Fars körfəzindən çıxaraq və Süveyş kanalını keçərək Qəzzaya gedəcəyini söyləmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar