İranın Ermənistanla ticarət dövriyyəsi 40 faiz artıb
İrana qarşı məlum qətnamədən sonra Ermənistan hakimiyyəti tutacağı mövqeyi hələ də müəyyənləşdirməyib.
İranın bu ölkədəki səfiri Seyidəli Saqaian bildirib ki, Ermənistanla iqtisadi əməkdaşlıq hər iki ölkə üçün sərfəlidir.
Lent.az-ın «Regnum»a istinadən məlumatına görə, tərəflər arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə hazırda İran sahibkarlarından ibarət böyük bir heyət İrəvandadır. «Biz bir-birimizlə əməkdaşlığı, infrastrukturların inkişafını, o cümlədən iqtisadi sahələr üzrə əlaqələrin qurulmasını arzulayırıq. Bu bölgədəki bütün dövlətlərin marağı daxilindədir» - deyə, səfir söyləyib.
Onun sözlərinə görə, cari ilin 4 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 40 faiz artıb.
«BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin Ermənistan-İran əməkdaşlığına təsir edəcəkmi» sualını cavablandıran iranlı diplomat deyib: «Sanksiya rejiminə əməl etməklə bağlı hər dövlət özü qərar verməlidir».
Xatırladaq ki, İrəvanda İran – Ermənistan forumu başlayıb. Bu, iki ölkə arasındakı münasibətlər tarixində ilk böyük işgüzar tədbirdir.
Ermənistan iqtisadiyyat nazirinin müavini Ara Petrosyan deyib ki, 2010-cu ilin ilk dörd ayında iki ölkə arasındakı mal dövriyyəsi 40 faiz artaraq, 67 milyon dollar təşkil edib.
Lent.az-ın «arka.am»-a istinadən məlumatına əsasən, o, bildirib ki, iqtisadi tərəfdaşlar arasında İran 7-ci yerdədir.
Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında Tehran – İrəvan xarici ticarət dövriyyəsi 39,7 faiz olub ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 63,3 milyon dollar artım deməkdir. Ermənistandan İrana isə idxalat 9,1 milyon dollar təşkil edib ki, bu da ümumi idxalın 3,1 faizidir.
Sədrəddin Soltan

512