Qırğızıstanda ölənlərin sayı 258 nəfərə çatdı
24 iyun 2010 14:30 (UTC +04:00)

Qırğızıstanda ölənlərin sayı 258 nəfərə çatdı

2224 nəfər xəsarət alıb

İyunun 11-də Qırğızıstanın Oş və Calal-Abad vilayətlərində etnik qırğız və özbəklər arasında baş verən toqquşmalarda ölənlərin sayı 258 nəfərə çatıb.

Lent.az-ın “AKİpress” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 2224 nəfər xəsarət alıb, 1035 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə isə bu olaylar zamanı 2 min nəfər ölüb. Qırğızıstanın müvəqqəti hökumətinin baş naziri də ölənlərin sayının rəsmi rəqəmlə müqayisədə bir neçə dəfə çox ola biləcəyini istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar