Belorus bu gün Avropanın qazını kəsəcək
Belorus bu gün “Qazprom”un bu ölkə üzərindən Avropa ölkələrinə qaz ixracını dayandıracaq.
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Belorus baş nazirinin birinci müavini Vladimir Semaşko deyib ki, əgər bu gün “Qazprom” tranzit haqqına görə Minskə borcunu ödəməsə, Avropa ölkələrinə rus qazının ixracını dayandıracaqlar.
Qeyd edək ki, dünən səhər saatlarında “Qazprom” şirkəti Belorusun daxili tələbatları üçün bu ölkəyə verilən qazın həcmini əlavə olaraq 30 faiz də azaldıb. Bir gün əvvəl də Belorusa verilən qazın həcmi 30 faiz azaldılmışdı. Yəni Belorus daxili tələbatları üçün nəzərdə tutulmuş rus qazının 60 faizindən məhrum olub. “Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, Belorus ərazisindən Avropaya ötürülən qazın həcmində isə hər hansı dəyişiklik yoxdur, əvvəlki kimi avropalı istehlakçılara qaz çatdırılır.
Xatırladaq ki, iyunun 22-də Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı qeyd edib ki, qaz istehlakına görə “Qazprom”a 192 milyon dollar borcları var, onlar pul tapıblar və yaxın vaxtlarda bu borc ödəniləcək. Ancaq Aleksandr Lukaşenko onu da vurğulayıb ki, “Qazprom”un Avropayaya Belorus ərazisindən ötürülən qazla bağlı tranzit haqqına görə 6 aylıq borcu var və bu məbləğ 260 milyon dollardır. O bəyan edib ki, “Qazprom” tranziti görə olan borcunu Minskə qaytarmayana qədər Rusiya qazının Avropa Birliyinə nəqlini dayandıracaq.
“Qazprom” isə borcunun olduğunu etiraf etsə də, məsuliyyəti Belarusun üzərinə atmağa və əks tərəfin qazın qəbulu ilə bağlı aktı imzalamadığını qeyd edir.

440