Obama komandasını təhqir edən generalı bağışlamadı
Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı tutduğu postdan uzaqlaşdırıldı
ABŞ prezidenti Barak Obama Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı, general Stenli MakKristalı bağışlamayıb. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Barak Obama 55 yaşlı generalı tutduğu vəzifədən azad edib.
Qeyd edək ki, ABŞ prezidentini Stenli MakKristalın “Rolling Stone” jurnalına müsahibəsi hövsələdən çıxarıb. General bu müsahibəsində Barak Obama administrasiyasını təhqir edib. Həmin müsahibəsində Stenli MakKristal general deyib ki, Ağ Evdə kimlərin oturduqları barədə fikirləşmək lazımdır. Stenli MakKristal vitse-prezident Co Baydenin soyadının belə gülməli olduğunu söyləyib, milli məsələlər üzrə məsləhətçini isə axmaq adlandırıb.
Müdafiə naziri Robert Qeyts generalın davranışının yolverilməz olduğunu vurğulayıb. Sonradan Stenli MakKristal üzr istəyib, hirsli olduğu üçün müsahibəsində belə sözlər dilə gətirdiyini qeyd edib. Bununla belə, o, istefa barədə ərizə də yazmışdı. Dünən isə Barak Obama generalla görüşmüşdü.
Xatırladaq ki, dünən Əfqanıstan prezidenti Həmid Kərzai də açıqlama verərək Stenli MakKristalı müdafiə edib, onun “Taliban”a qarşı mübarizədə böyük işlər gördüyünü, yerli xalqın adət-ənənələrinə hörmətlə yanaşdığını bildirib. Ancaq bu, Barak Obamanın qərarına təsir etməyib.

Oxşar yazılar

Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18