Avropa üçün şok hesabat!
Avropa Birliyinin statistika qurumu olan “Eurobarometre”nin yayımladığı hesabata görə, Avropada 85 milyon nəfərə yaxın yoxsul var.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, “Eurobarometre” bunu bu il 18-22 may tarixlərində 8 ölkədə keçirdiyi telefon sorğusunun nəticələrinə əsaslanaraq bildirib.
Sorğu zamanı 8 ölkənin vətəndaşlarına “Yoxsullaşdığınızı düşünürsünüzmü?” sualı ünvanlanıb. Yunanıstanda və Fransada sorğuya qatılanların 85 faizi, Bolqarıstanda 82 faizi, Rumıniyada 77 faizi, İtaliyada 75 faizi, Danimarka və Hollandiyada isə 55 faizi yoxsullaşdığını bildirib. Faiz nisbəti ilə götürdükdə, bu halda Avropada ən azı 85 milyon yoxsulun olduğu üzə çıxır.
500 milyon insanın yaşadığı Avropa Birliyində hər 6 nəfərdən 1-i qarşıdakı 1 ildə işini itirməkdən qorxduğunu söyləyib. Onlar işlərini itirəcəkləri halda 6 aydan artıq işsiz yaşaya bilməyəcəklərini, ehtiyatlarının tükənəcəyini dilə gətiriblər. Hesabatda yer alan digər şok doğuran məqam isə odur ki, 150 milyona yaxın avropalı yaşadıqları son 6 ayda sağlamlıqlarını qorumaqda və uşaqlarının xərclərini ödəməkdə çətinliklərlə üzləşiblər.
Avropa Birliyi qarşıdakı 10 ildə ən azı 20 milyon avropalını yoxsulluqdan qurtarmağı qarşısına məqsəd qoyub. Ancaq “Eurobarometre”nin ortaya çıxardığı mənzərə bunun asan olmayacağını göstərir.

Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26