“Qazprom” Lukaşenkoya əlcək atdı
Belorusa ötürülən qazın həcmi 30 faiz də azaldıldı
“Qazprom” şirkəti Belorusun daxili tələbatları üçün bu ölkəyə verilən qazın həcmini bu gün əlavə olaraq 30 faiz də azaldıb.
Lent.az-ın “Ria-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə, indiyə qədər Belorusa verilən qazın həcmi 60 faiz azaldılıb.
“Qazprom”un rəhbəri Alekksey Miller deyib ki, Belorus ərazisindən Avropaya ötürülən qazın həcmində isə hər hansı dəyişiklik yoxdur, əvvəlki kimi avropalı istehlakçılara qaz çatdırılır.
Qeyd edək ki, dünən Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib ki, qaz istehlakına görə “Qazprom”a 192 milyon dollar borcları var, onlar pul tapıblar və yaxın vaxtlarda bu borc ödəniləcək. Ancaq Aleksandr Luukaşenko onu da vurğulayıb ki, “Qazprom”un Avropaya Belorus ərazisindən ötürülən qazla bağlı tranzit haqqına görə 6 aylıq borcu var və bu məbləğ 260 milyon dollardır. O bəyan edib ki, “Qazprom” tranziti görə olan borcunu Minskə qaytarmayana qədər Rusiya qazının Avropa Birliyinə nəqlini dayandıracaq.
“Qazprom” isə borcunun olduğunu etiraf etsə də, məsuliyyəti Belarusun üzərinə atmağa və əks tərəfin qazın qəbulu ilə bağlı aktı imzalamadığını qeyd edir.

508