Təhlükəli cinayətkar Yamaykada ələ keçdi
“Dudus” ləqəbli narkobaron onlarla insanın ölümündə günahlandırılır
Yamaykada məşhur narkobaron, “Dudus” ləqəbli Kristofer Kouk həbs edilib.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları narkobaronu bu ilin mayından axtarırlar.
Bu müddət ərzində bir neçə dəfə narkobaronun tərəfdarları ilə polis arasında silahlı qarşıdurma baş verib, 70-ə yaxın insan həyatını itirib. “Dudus”u Yamayka paytaxtının yaxınlığındakı qəsəbələrin birində yaxalamaq mümkün olub.
Qeyd edək ki, Yamayka hökuməti bu ilin mayında məşhur narkobaronun ABŞ-a ekstradisiyası ilə bağlı qərar qəbul edib. Kristofer Kouk ABŞ-da bu vaxta qədər 10 nəfəri öldürmüş cinayətkar qruplaşma qurmaqda günahlandırılır. Narkobaron bu qruplaşmanı ABŞ-a kokain aparan digər cinayətkar qruplaşmaları sıradan çıxarmaq üçün formalaşdırıb. Cinayətkar qruplaşma silah alveri ilə də məşğul olub.

Oxşar yazılar

Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18