Milyonçuların sayı açıqlandı
Sərvət sahibləri daha çox sənət və digər kolleksiya əsərlərinə sərmayə qoymağa üstünlük verməyə başlayıblar
2009-cu ildə sərvəti 1 milyon dolları ötənlərin sayı artıb.
Lent.az-ın verdiyi məlumata görə, bu, “Merrill Lynch” təşkilatının açıqladığı İllik Dünya Sərvət Hesabatında əksini tapıb.
2008-ci illə müqayisədə 2009-cu ildə milyonerlərin sayı 17 faiz artıb və 10 milyona çatıb. Onların sərvətlərinin ümumi həcmi isə 18,9 faiz çoxalıb və 39 trilyon dollara çatıb.
Milyonçuların sayının belə sürətlə artmasında Asya-Sakit okean hövzəsi ölkələri böyük rol oynayıb. Asiya-Sakit okean bölgəsi 3 milyon milyonçusu ilə Avropaya çatıb. Asiya-Sakit okean hövzəsi ölkələrində yaşayan milyonçuları sərvətlərinin ümumi dəyəri isə Avropalı milyonçularının ümumi sərvətlərinin dəyərini keçib. ABŞ, Kanada və Meksikanın yerləşdiyi Şimali Amerika isə milyonçularının 10,7 trilyon dollar sərvəti ilə dünyanın ən varlı bölgəsi olub.
Qardaş Türkiyədə 2008-ci illə müqayisədə milyonçuların sayı 2 min 200 nəfər artıb və 35 min 900 nəfərə çatıb. Əllərindəki sərvətin dəyəri də 2 dəfə artıb.
10 milyon milyonçunun yalnız 1 faizi ultra milyonçular siyahısındadır. Söhbət sərvəti 30 milyon dolları keçənlərdən gedir.
Onu da deyək ki, son vaxtlar milyonçular maliyyə sektorundan daha çox sənət və digər kolleksiya əsərlərinə sərmayə qoymağa üstünlük verməyə başlayıblar.

Oxşar yazılar

157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43
Dini bayramda izdiham: 3 ölü, 50 yaralı
30 iyun 2025 , 07:29
Sensasion açıqlama: ABŞ nüvə obyektlərini vuracağını əvvəlcədən İrana deyib
30 iyun 2025 , 04:27
Nüvə müharibəsi baş verərsə, dünya ilə nə olacaq? – Ekspertdən dəhşətli PROQNOZ
29 iyun 2025 , 19:59