Amerikalı komandandan şok sözlər
Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı Barak Obamanın komandasını təhqir edib
Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı Stenli MakKristalın “Time” jurnalına müsahibəsində Barak Obama administrasiyasını təhqir etməsi Vaşinqtonda aləmi qarışdırıb.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, həmin məşhur müsahibənin yer aldığı jurnal bu həftənin cümə günü işıq üzü görəcək.
Ancaq BBC indidən jurnaldakı mənbələrə istinadən Stenli MakKristalın bir çox ifadəsini dərc edib. Həmin müsahibəsində 55 yaşlı general deyib ki, Ağ Evdə kimlərin oturduqları barədə fikirləşmək lazımdır. Stenli MakKristal vitse-prezident Co Baydenin soyadının belə gülməli olduğunu söyləyib, milli məsələlər üzrə məsləhətçini isə axmaq adlandırıb.
Müdafiə naziri Robert Qeyts generalın davranışının yolverilməz olduğunu vurğulayıb. Stenli MakKristal isə artıq üzr istəyib, hirsli olduğu üçün müsahibəsində belə sözlər dilə gətirdiyini qeyd edib. O, artıq istefa barədə ərizə də yazıb.
Lakin prezident Barak Obama əsəbiləşməkdədir. Generalı Ağ Evə çağıran Barak Obamanın hansı qərar qəbul edəcəyi bilinmir.

Oxşar yazılar

Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18