Rusiya və Belorus arasında qaz savaşı qızışır
Belorus qaz məsələsində “Qazprom”u borclu sayır, 200 milyon dollar tələb edir
Rusiya və Belorus arasında qaz savaşı qızışmaqda davam edir.
Lent.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın “Qazprom” şirkəti dünən Belorusa verilən qazın həcmini 85 faiz azaltsa da, rəsmi Minsk “Qazprom”un tələb etdiyi 200 milyon dollar civarında borcu ödəmək niyyətində deyil.
Belorusun energetika nazirinin birinci müavini Eduard Tovpentsa deyib ki, ilk növbədə ruslar Belorusa Avropaya bu ölkə üzərindən ötürülən qaza görə tranzit haqqını ödəməlidirlər. Belorus “Qazprom”un tranzit haqqına görə 200 milyon dollar borcu olduğunu bəyan edib. İş həm də ondadır ki, Belorus “Qazprom”un tranzit haqqına görə borcunun bu ölkəyə satılan qazın dəyərindən çox olduğunu bildirir. Eduard Tovpentsa deyib ki, “Qazprom”un tranzit haqqına görə Belorusa 200 milyon dollar borcu var, Belorusun özünə satılan qazın dəyəri isə 187 milyon dollardan çox deyil. O, “Qazprom” Belorusa tranzit haqqına görə 200 milyon dolları ödədikdən sonra iyulun 5-ə qədər rəsmi Minskin 187 milyon dolları şirkətin hesabına köçürə biləcəyini söyləyib.

568