İsrail Ərdoğanı düşmən elan etdi
Stas Miseznikov: “Ərdoğan türk xalqının təmsilçisi deyil”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrail xalqı ilə deyil, İsrail hökuməti ilə problemləri olduğunu bəyan etməsinə sərt reaksiya verilib.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, İsrailin turizm naziri Stas Miseznikov deyib ki, İsrailin düşməni türk xalqı deyil, Rəcəb Tayyib Ərdoğandır.
Stas Miseznikov bildirib ki, Rəcəb Tayyib Ərdoğan baş nazir postundan gedənə qədər optimist olmağa əsas yoxdur: “Rəcəb Tayyib Ərdoğanın bütünlüklə türk xalqı adından danışmadığına dair də məlumatlarımız var. Ölkə onu dəstəkləyən və dəstəkləməyənlər arasında bölünüb. Rəcəb Tayyib Ərdoğan türk xalqının təmsilçisi deyil”.
Stas Miseznikov yəhudiləri Türkiyəyə getməməyə də çağırıb.

445