İran müxalifətindən geriyə addım
Prezident seçkisindən sonrakı müxalifət Tehranda və İranın başqa şəhərlərində etiraz aksiyası keçirəcəkləri barədə bir müddət öncə bəyanat vermişdi. Amma BMT-də İrana qarşı sanksiyaları nəzərdə tutan qətnamənin qəbulu bu siyasətçilərin ehtiyatlı davranmasına səbəb olduğu ehtimalına əsas verir.
Lent.az-ın İRNA-ya istinadən məlumatına görə, Tehran əyalətinin icra başçısı Mürtəza Təməddün bildirib ki, prezident seçkisinin ildönümü ilə bağlı hakimiyyət mitinq keçirilməsinə icazə verməyib. O, əsas səbəb kimi qarşıdurmanın yaranmaması və əhalinin rahatlığının pozulmamasını göstərib.
Seçkidən sonrakı müxalifətin liderləri, prezidentliyə keçmiş namizədlər – keçmiş baş nazir Mirhüseyn Musəvi və parlamentin sabiq sədri Mehdi Kərrubi isə oxşar məsələni əsas göstərərək, etiraz aksiyasının təxirə salınması haqda bəyanat yayıblar.
Ehtimal etmək olar, onlar hakimiyyətə yeni repressiyalar üçün bəhanə vermək istəməyiblər. Əks halda, ölkə rəhbərliyi az qala BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinin qəbulunda da bu qüvvələri qınaya bilərdi…
Xatırladaq ki, ötən il iyunun 12-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etiraz çıxışları olmuşdu. O zaman hakimiyyətin güc strukturlarının etirazçılara açdığı atəş nəticəsində həlak olan və yaralananların olduğu barədə məlumatlar yayılmışdı. Müxalifət ölənlərin sayının yüzlərlə, hakimiyyət isə 27 nəfər olduğunu iddia edir.
Sədrəddin Soltan

Oxşar yazılar

Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24