Rusiya İranın könlünü almağa çalışır
12 iyun 2010 12:00 (UTC +04:00)

Rusiya İranın könlünü almağa çalışır

BMT Təhlükəsizlik Şurasının 4-cü qətnaməsini dəstəkləməklə İslam Respublikasındakı siyasi radikalların “qara siyahı”sına düşən rəsmi Moskva Tehranın könlünü almağa çalışır.

Sənəd qəbul edildikdən sonra İran və Rusiyanın diplomatları Tehranın nüvə proqramı ətrafında yaranmış gərgin vəziyyətdə ikitərəfli əməkdaşlığın davam etdirilməsi ilə bağlı məsləhətləşmələr aparmaqdadır. Bu məqsədlə Rusiya xarici işlər nazirinin müavini Aleksey Borodavkin Tehranın Moskvadakı səfiri Mahmudrza Səccadi ilə görüşüb.

Lent.az-ın RF XİN-in mətbuat xidmətinə istinadən məlumatında bildirilir: “Rusiya-İran iki tərəfli əməkdaşlığı, ilk növbədə iqtisadi əməkdaşlığını davam etdirilməsi ilə bağlı müsbət informasiya mühitinin yaradılması əsas müzakirə mövzusu olub”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, iki dövlət arasındakı iqtisadi-ticarət əməkdaşlığının əsas prinsipləri “mütləq şəklidə təmin edilib”.

Buşəhr Atom Elektrik Stansiyasında işləri başa çatdıracaqlarını söyləyən nazir deyib: “Biz İranlı tərəfdaşlarımızla yeni AES-in tikintisi ilə bağlı məsələləri də müzakirə edirik”.

Yeri gəlmişkən, sabah İran parlamentində 4-cü qətnamə ilə bağlı məsələnin müzakirəsi gözlənilir. Bundan başqa, İslam Respublikası Məclisinin həm də Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaqələrin azaldılmasına dair qanun qəbul edəcəyi gözlənilir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar