Ermənistan parlamentində dava
11 iyun 2010 10:30 (UTC +04:00)

Ermənistan parlamentində dava

Millət vəkili iclas zamanı odlu silahdan atəş açıb
İyunun 10-da Ermənistan Milli Məclisində xarici dildə məktəblərin açılmasına qoyulan qadağanın ləğvi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Lent.az-ın “a1plus.am” saytına istinadən verdiyi məlumata görə, parlamentdə təhsil və elm naziri Armen Aşotyanın da qatıldığı müzakirələr zamanı hökumət binasının qarşısına bir qrup insan toplaşıb. Onlar Ermənistanda xarici dildə məktəblərin açılmasına etirazlarını bildirib, bununla bağlı şüarlar səsləndiriblər. Çıxışı zamanı səsinin aydın eşidilməsini istəyən İrs Partiyasının deputatı Zaur Postancyan isə pəncərəyə çıxaraq atəş açıb.

Ermənistan parlamentinin binasının qarşısına da ölkədə xarici dildə məktəblərin açılmasını istəməyən insanlar toplaşıblar. Onlar çölə çıxan deputatları və nazirləri fitə tutublar.

Qeyd edək ki, bu qanunun ölkədə daha çox rusdilli məktəblərin açılmasına şərait yaradacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar