Venesuela prezidenti İranı müdafiə edib
Atom –nüvə proqramına görə İran hakimiyyətinə qarşı qəbul olunmuş 4-cü qətnaməyə münasibətlər bildirilməkdədir.
Lent-az-ın “Ria-Novosti”-yə istinadən məlumatına görə, Venesuela prezidenti Uqo Çaves sanksiyanı “İsrailin “azad donanma”ya münasibətindən sonra İrana qarşı qisasçılıq” adlandırıb.
Onun sözlərinə görə, İslam Respublikasına qarşı sanksiyanı dəstəkləyən ölkələr “imperializmin oyununu oynayanlardır”. “Dostumuz Əhmədinijatı, İranı, İran xalqını, Fələstin xalqını alqışlayırıq. Yaşasın Fələstin, yaşasın İran! Əhmədinijat deyir ki, BMT Təhlükəsizlik şurasının qətnaməsi İran xalqına qara qəpik qədər təsir etməyəcək. Lənət şeytana, çox yerində deyilib” - deyən Venesuela lideri “Nədən İsrailə qarşı sanksiya qəbul edilmir?” söyləyib. Onun sözlərinə görə, BMT isə özünü heç nə olmamış kimi aparır.
İtaliyanın xarici işlər naziri Franko Frattini sanksiyanı İrana qarşı “çox güclü siyasi siqnal” kimi dəyərləndirib: “Sanksiya Tehranı danışıqlar masasına qaytarmağa xidmət etməlidir”.
Onun sözlərinə görə, İtaliya İranın atom probleminin həllinin yeganə yolunu danışıqlarda görür.
Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger sanksiyanı dəyərləndirərkən deyib: “Bu İranı atom proqramından əl çəkmək üçün siqnaldır. Bu yolla hakimiyyət nüvə proqramında istənilən dəyişiklər etməlidir. Diplomatik vasitəyə və əməkdaşlığa dair təkliflərə baxmayaraq, İran hakimiyyəti ciddi danışıqlara razılıq vermədi”.
Onun sözlərinə görə, Tehran uranın zənginləşdirilməsini davam etdirdi, yeni nüvə obyektləri tikəcəyini bildirdi: “Hakimiyyət belə davranışı ilə beynəlxalq ictimaiyyəti nəinki parçaladı, əksinə, onu bu rahatsızlığa görə daha birləşdirdi. Biz lap əvvəldən sanksiyanın İran əhalisinə qarşı deyil, rejimə qarşı sərtləşdirilməsinin tərəfdarı olmuşuq”.
Sədrəddin Soltan

Oxşar yazılar

Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24