İsrail komandosları İranda fəaliyyət göstərir?
08 iyun 2010 15:15 (UTC +04:00)

İsrail komandosları İranda fəaliyyət göstərir?

İran hakimiyyəti ölkə sərhədlərinin etibarlı qorunduğunu bəyan edib, “düşmənləri məhv etməyə hazır” olduqlarını söyləsələr də əksi ilə bağlı xəbərlər də yayılmaqdadır.

Lent-az-ın “mignews”-a istinadən məlumatına görə, Küveytdə çıxan “əs-Seyasa” qəzeti yazıb ki, İsrailin elit ordusu ardıcıl olaraq İran ərazisinə girib, çeşidli əməliyyatlar keçirə bilir.

Qərb ölkələrindən birinin kəşfiyyatına istinad edən mətbuat orqanı əlavə edib ki, İsrailin komandosları İranın Türkiyə və Əfqanıstanla sərhədləri yaxınlığında, eləcə də Xəzərin və körfəzin İrana aid hissəsindəki sahillərdə fəaliyyət göstəriblər.

“Əs-Seyasa” qəzeti etibarlı mənbə sayılır və Qərbin xüsusi xidmət orqanları ilə əlaqələri olan KİV-dir. 2006-cı ilin dekabrında Suriyanın nüvə sahəsində fəaliyyət göstərdiyini ilk dəfə bu qəzet yazmışdı. Bir müddət sonra isə həmin reaktor İsrailin Hərbi Hava Qüvvələri tərəfindən bombalanmışdı.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar