Keçmiş prokuror qaçaqmalçılardan gileylənir
İran hakimiyyətinin təmsilçiləri sərhədin qorunmasının səviyyəsindən şikayətlənir.
Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, İslam Respublikası daxili işlər nazirinin qaçaqmalçılığa qarşı mübarizə baş idarəsinin rəisi, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi bildirib ki, ötən il qanunsuz yolla ölkəyə daxil olan və çıxan malların ticarət dövriyyəsi 19 milyard dollardan artıq olub.
Onun sözlərinə görə, bu müddət ərzində İrana 16 milyard dollarlıq qaçaqmal gətirilib, 3 milyard dollarlıq isə çıxarılıb. “Dünya iqtisadiyyatı” qəzetinə müsahibəsində idarə başçısı bildirib ki, bu malların yalnız 3 faizi təyin edilərək, müsadirə olunub. Tehranın keçmiş prokurorunun dediyinə əsasən, bu qaçaqmalçılıq “güclü, qanunsuz birliklər tərəfindən himayə və idarə olunur, biz hələ onların arxasında duran qüvvələri müəyyənləşdirə bilməmişik”.
Rəis qaçaqmalların böyük hissəsinin Birləşmiş Ərəb Əmirliyindən qayıq vasitəsi ilə gətirildiyini söyləyib: “Hər gün 100-ə yaxın qayıq İran sahillərinə qaçaqmal gətirir”.
O, İraqla sərhəddə gömrük nəzarətinin itirildiyini söyləyərək, əlavə edib ki, Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra bu ölkədən də böyük həcmdə qaçaqmal İslam Respublikasına daşınır.
Mütəxəssislərin fikrincə, Tehran hakimiyyəti bu “qaçaqmalçılığı” səbəb göstərərək, ölkənin bu bölgələrinə əlavə hərbi qüvvə də yeridə bilər. Hələ bir neçə il qabaq yerli müşahidəçilər İranda qeydiyyatda olmayan gömrük məntəqələrinin fəaliyyət göstərdiyini söyləyirdi. Bu məntəqələrdən əldə olunan gəlir isə qeydiyyat alınmadan hakimiyyətin çeşidli planlarını gerçəkləşdirmək üçün xərclənir.
Sədrəddin Soltan

Oxşar yazılar

Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36