“İran istənilən gözlənilməz addımı ata bilər”
Yaxın günlərdə BMT-nin Təhlükəsizlik Şurasında atom-nüvə proqramına görə Tehran hakimiyyətinə qarşı yeni sanksiyanın tətbiqinə dair qətnamə layihəsinin müzakirəsi gözlənilir.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, ABŞ-ın dövlət katibi Hillari Klinton İslam Respublikasının mövqeyinə toxunaraq deyib ki, sənədin hazırlanması ilə bağlı möhlət götürmək və vaxt qazanmaq üçün İran istənilən gözlənilməz addım ata bilər: “Sanksiyanın tezliklə qəbul olunacağını bildiyindən yaxın günlərdə İran hakimiyyətinin bir “oyun” çıxaracağını istisna etmirəm”.
İranın nüvə proqramını amerikalı diplomat Peru, Ekvador, Kolumbiyaya səfərində, eləcə də Amerika Dövlətləri Assambleyasının sessiyasında müzakirə etmək niyyətindədir. H.Klintonun bu sessiyada Braziliyanı Türkiyə hökuməti ilə ortaq mövqeyindən çəkinməyə də çalışacağı ehtimal olunur.
Xatırladaq ki, İran hakimiyyəti də Qəzza zolağına “azadlıq karvanı” göndərməyi planlaşdırır. H.Klinton İslam Respublikasının “vaxtı uzatmaq üçün istənilən gözlənilməz addım ata bilər” - dedikdə, çox güman ki, bu sayaq layihələri də nəzərdə tutur.
ABŞ hakimiyyətinin təmsilçisi bildirib ki, BMT TŞ-də bu həftə yeni qətnamə ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.
Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sessiyası başlayıb. Adətən qapalı keçən bu toplantıda 35 dövlətin təmsilçisi qurumun büdcəsini, nüvə sahəsində təhlükəsizliyə dair əməkdaşlığı, yeni texnologiya və onların tətbiqi kimi məsələləri müzakirə edəcək.
AEBA-nın baş direktoru Yukih Amano bir müddət öncə bildirmişdi ki, İran atom-nüvə proqramında şəffaflığı təmin etməyib. Habelə 2008-ci ilin iyunundan Suriya da agentliklə həll olunmayan məsələlərlə bağlı əməkdaşlıq etmir.
Dayr-əz-Zaur (əl-Kibar) nüvə obyektinin təyinatı bəlli olmadığından 2007-ci ildə İsrailin Hərbi Hava Qüvvələri tərəfindən bombalanmışdı.
Sədrəddin Soltan

Oxşar yazılar

Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18
Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36