İrana qarşı sanksiya Ermənistana da təsir edə bilər
04 iyun 2010 13:30 (UTC +04:00)

İrana qarşı sanksiya Ermənistana da təsir edə bilər

İyunun ortalarında BMT Təhlükəsizlik Şurasında İranın atom-nüvə proqramı ilə bağlı məsələnin müzakirə olunacağı və yeni qətnamənin qəbulu gözlənilir.

Yeni sanksiya yalnız Tehran hakimiyyətinə qarşı deyil, onunla yasaqlanmış sahələr üzrə əməkdaşlıq edən ölkələrə tətbiq ediləcəyi istisna edilmir.

Lent.az-ın “amreniya today”-ə istinadən məlumatına görə, ABŞ-ın Yerevandakı səfiri Mari Yovanoviç İrana qarşı sanksiyanın Ermənistana da təsisiz ötüşməyəcəyini söyləyib.

“ABŞ-ın İrana qarşı yasaqları Ermənistanın da maraqlarına toxunacaqmı” sualına cavabında səfir deyib: “Sanksiya Amerika deyil, BMT tərəfindən qəbul edilir. Ermənistan da BMT-nin üzvüdür. Odur ki, qətnamə qəbul olunacağı halda Ermənistan da bu sənədə əməl etməlidir”.

Sanksiyanın vacibliyindən danışan amerikalı diplomat qeyd edib ki, İranda qeyri-konstruktiv sayılan qurumlar mövcuddur. Onlar lazım olan suallara cavab vermir. “Belə təşkilatların ucbatından sanksiya qəbul edilr” - deyə, səfir bildirib.

İran parlamentinin sədri Əli Laricani nüvə proqramının gerçəkləşdirilməsi ilə bağlı təmsil etdiyi hakimiyyətin “bir addım belə geri çəkilməyəcəyini” söyləyib: “BMT Təhlükəsizlik Şurası sanksiya ilə bağlı qoy, lap yüz qətnamə qəbul etsin, biz mövqeyimizdən geri durmayacağıq”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar