İran yenə dollara möhtac oldu
Əhmədinijat hökumətinin maliyyə proqramı iflasa uğrayır
Hələ bir neçə il öncə Tehran hakimiyyəti özünə uyğun saydığı hakimiyyətlərə məsləhət görürdü ki, dollarla vidalaşsınlar.
Lent.az-ın “PressTV”-yə istinadən məlumatına görə, İranın Mərkəzi Bankı yeni iqtisadi strategiya gerçəkləşdirməyə başlayıb. Bankın planına əsasən, İslam Respublikası ehtiyat fondundakı 45 milyard avronu dollara və qızıla çevirməyi planlaşdırıb.
Mənbənin məlumatına görə, Avropada, özəlliklə Yunanıstandakı maliyyə-iqtisadi böhran qurumu bu addımı atmağa vadar edib. Qeyd edək ki, son aylarda avro dünya bazarında ucuzlaşır.
Tehranda çıxan “Came-Cəm” qəzeti isə bildirib ki, Mərkəzi Bank bu maliyyə əməliyyatını üç mərhələdə gerçəkləşdirməlidir. Birinci mərhələ artıq başlayıb, bu məqsədlə bank 15 milyard avronu əvəzləməyə hazırlaşır. Bu proses sentyabrın 22-ə qədər başa çatmalıdır.
Qeyd edək ki, 2009-cu ilin payızında İran Mərkəzi Bankı ehtiyat fondunda dolların çəkisini azaldırdı. “CİA World Fastbook” -un məlumatına görə, 2009-cu ildə İslam Respublikasının beynəlxalq ehtiyatı 81,31 milyard dollar təşkil edib. Bu vəziyyətinə görə, İran dünyada 14-cü yerdə dururdu.
“PressTV”-nin bildirdiyinə görə, körfəz dövlətləri də valyuta ehtiyatlarını dollar və qızıla çevirməyi qərara alıb.
Yeri gəlmişkən, İran prezidenti Mahmud Əhmədinijat bir neçə il öncə ölkənin valyuta ehtiyatının bütövlükdə avroya çevrilməsini təklif etmişdi. Ötən il İran əməliyyatları tamamilə avroya keçdiyini bəyan etdi. Bu isə onun hökumətinin maliyyə-iqtisadi proqramının iflası kimi dəyərləndirilir.
Sədrəddin Soltan

502