Türkiyə İsrailə 1 ay vaxt verdi
“Təl-Əviv üzür istəməlidir”
Qəzza sektoruna humanitar yük aparan “Mavi Marmara” gəmisinə İsrailin hücumu və 9 türkün ölümü ilə bağlı Türkiyə hökuməti Təl-Əvivə qarşı bir sıra addımlar atmağı planlaşdırır.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə bu addımları atmazdan öncə 1 ay İsrailin reaksiyasını gözləyəcək.
Ankara bu müddət ərzində İsrailin üzür istəməsini, olayla bağlı beynəlxalq təhqiqat komissiyasının qurulması şərtini qəbul etməsini və təzminat verməsini istəyir. Əgər Təl-Əviv bu addımları atmazsa, Türkiyə və İsrail arasında qırıcı təyyarə və tankların modernləşdirilməsi ilə bağlı 1,5 milyard dollarlıq layihələr dayandırılacaq. İsrailin Türkiyəyə satmaq istədiyi müasir tanklarla bağlı 5 milyard dollarlıq təklifi də gündəmdən çıxarılacaq. Artıq Türkiyədə “F-16” qırıcılarının pilotları təlim üçün İsrailə göndərilməyəcək. İsrail ilə planlaşdırılan hərbi təlimlər də ləğv olunacaq. Təl-Əvivlə Ankara arasında kəşfiyyat məlumatlarının mübadiləsi də birtərəfli dayandırılacaq.
Olayın beynəlxalq komissiya tərəfindən araşdırılmasında israrlı olan Türkiyə hökuməti gəmilərə hücumun hüquqi baxımdan araşdırılması üçün Türkiyə Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dənizçilik İdarəsi təmsilçilərindən ibarət bir komissiya da yaradıb.
İki ölkə arasında diplomatik əlaqələr də zərər görəcək. Türkiyənin səfiri Təl-Əvivə dönməyəcək. Diplomatik əlaqələr 1980-ci illərdəki kimi məsləhətçi səviyyəsinə endiriləcək. Türkiyə hökumətinin yaydığı açıqlamada bildirilir ki, Ankaranın addımları İsrail xalqına qarşı deyil, İsrail hökumətinə yönəlib.

425