BP-dən 20 milyard dollarlıq üzr
17 iyun 2010 11:00 (UTC +04:00)

BP-dən 20 milyard dollarlıq üzr

Barak Obamanın əsəbləri sakitləşdi

Meksika körfəzindəki neft quyusunda 2 ay əvvəl baş verən qəzadan sonra BP-nin xam neftin körfəzə sızmasının qarşısını ala bilməməsi ekoloji fəlakətin miqyasını günü gündən böyütməkdədir.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, dünyada ekologiyaya vurulan zərbə siyahısında birinci yerə yüksələn bu fəlakətə sərt reaksiya verən ABŞ prezidenti Barak Obama dünən BP təmsilçiləri ilə bir araya gəlib.

Qeyd edək ki, su üzünə yığılmış nəhəng neft təbəqəsi ABŞ-ın bir neçə ştatının sahillərinə çatıb və ətraf mühitə, turizmə, o cümlədən balıqçılıq təsərrüfatına ciddi ziyan vurub. ABŞ prezidenti Barak Obama az əvvəl bu fəlakətə məsuliyyət daşıyanlardan hesab soruşacağını canlı yayımda sərt şəkildə dilə gətirmişdi.

Dünənki görüşdə BP-nin bu ekoloji fəlakətdən ziyan çəkənlərə 20 milyard dollar ödəyəcəyini vəd etməsi Barak Obamanın əsəbini sakitləşdirib. Barak Obama bunu problemin həlli istiqamətində önəmli bir addım sayıb. BP-nin bu fəlakətə görə məsuliyyət daşıdığını, ancaq şirkətin Meksika körfəzi və Amerika xalqı qarşısında üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinə inandığını bildirən Barak Obama BP-nin könüllü olaraq körfəzdəki quyuların müvəqqəti olaraq bağlanması nəticəsində işsiz qalan fəhlələrə 100 milyon dollar ayırmasını da müsbət qarşılayıb.

BP prezidenti Svanberg də Barak Obama ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, şirkət Amerika xalqından üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar