Edam hökmü ləğv edildi, intihar etdi
Lent.az-ın “San Francisko Chronicle” qəzetinə istinadən verdiyi məlumata görə, əqli zəifliyi olan cinayətkarın əsəbləri dözməyib.
İntihar zamanı 70 yaşı olan Con Smit 1988-ci ildə Şeril Neslini öldürdüyünə görə edam cəzasına məhkum edilib. O zaman Smit qarət məqsədilə qadının evinə girib, onu zorlamağa cəhd edib və sonra qətlə yetirib. Məhkəmə onu bütün ittihamlar üzrə müqəssir bilərək, barəsində ölüm hökmü çıxarıb.
Kaliforniya Ali Məhkəməsi 1999-cu ildə Smitin edam hökmünü təsdiq etsə də, cinayətkar edam edilməyib. Amma 2008-ci ildə Kaliforniya Ali Məhkəməsi işə yenidən baxılması barədə qərar çıxarıb. Məhkəmə ABŞ Ali Məhkəməsinin 2002-ci ildə qəbul etdiyi qərarı əldə rəhbər tutub. Həmin qərara görə, əqli cəhətdən geriliyi olan insanların edam edilməsi qeyri-humanist sayılır. Bu günlərdə Smitin barəsindəki edam cəzası ləğv edilib. Amma o, hökmün ləğvindən bir neçə gün sonra intihar edib.

Oxşar yazılar

İran yenidən İsraili vurmağa başladı
14 iyun 2025 , 06:55
İsrail İranda bir sıra bölgələri vurdu
14 iyun 2025 , 04:23İranın İsrailə hücumlarında 44 nəfər yaralanandı
14 iyun 2025 , 01:53
Netanyahu İran xalqına səsləndi - Bu, ayağa qalxmağınız üçün şansdır
14 iyun 2025 , 01:27
Tanınmış aktyor Ozan Güvən həbs olundu
13 iyun 2025 , 23:57General Əmir Hatami ordunun komandanı təyin olundu
13 iyun 2025 , 22:12
İsrail iranlı komandirləri belə tələyə saldı
13 iyun 2025 , 21:39