Kanada Tehran hakimiyyətini ittiham edib
Amerikalı general: “İranın “Taliban”ı silah-sursatla təmin etməsinə dair faktlar var”
İran hakimiyyəti ABŞ və müttəfiqləri tərəfindən etibarsızlığa görə tənqid edilməkdədir. Qərblilər Tehranı daha çox atom-nüvə proqramında şəffaflıq göstərmədiyi və bölgədə terrorçuluğu dəstəklədiyi üçün qınayır.
Kanadanın xarici işlər naziri Larens Kanen iyunun 1-də ölkənin rəsmi xəbər agentliklərinə açıqlamasında bildirib: “Dünyada sabitlik və barışa İran hakimiyyəti ən böyük təhlükədir”.
“Bu hakimiyyət Orta Şərqdə sülhün yaranmasına əngəldir. Rəsmi Tehran hiyləgərliklə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik qarşısında götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır, İsrailin dövlət mövcudluğunu hədələyir” - deyə, kanadalı diplomat söyləyib.
O, İranın agentlik qarşısında öhdəliyi yerinə yetirmədiyinə toxunaraq, əlavə edib ki, Tehran bu işlərə əməl etmədiyi halda, Orta Şərqdə atom silahının yayılmasının qarşısının alınması ilə bağlı konfransın keçirilməsi mənasızdır.
Xatırladaq ki, İran və bölgədəki bəzi dövlətlər İsrailin də atom proqramını açıqlaması təklifi ilə çıxış ediblər. Kanadalı diplomatın bu məsələyə toxunması həmin dövlətlərə cavab kimi də dəyərləndirilə bilər. L.Kanen İsraillə Kanadanın “dost və qardaş ölkələr” olduğunu, bu dövlətləri “çoxlu sayda ortaq dəyərlərin birləşdirdiyini” söyləyib.
İslam Respublikasının İraq və Əfqanıstanda hakimiyyətə qarşı qüvvələri dəstəklədiyi barədə ABŞ rəsmiləri dəfələrlə çıxışlar ediblər.
Ötən gün ABŞ-ın Əfqanıstandakı ordusunun generalı Mak Kristall bildirib ki, onların əlində İranın “Taliban”ı silah-sursatla təmin etməsinə və onları təlimatlandırmasına dair danılmaz faktlar var.
Lent.az-ın “butovazerbaycanbirliyi”nə istinadən məlumatına görə, general jurnalistlərə açıqlamasında deyib ki, İran hakimiyyəti Əfqanıstanda mənafeyini qorumaq üçün bu ölkədə qarşıdurmanın yaranmasında maraqlıdır.
O, yaxın zamanda bu ölkədə “Cərgə” sülh sammitinin keçirilməsinin nəzərdə tutulduğunu deyib: “Ona görə də Əfqanıstanda, özəlliklə Qəndəharda sabitliyin qorunması vacibdir. İranın yardımı ilə “Taliban” kimi silahlı qruplaşmalar ölkə daxilində və xaricində təxribatlar törədərək, sabitliyi pozub, sammitin keçirilməsinin qarşısını almaq istəyirlər”.
Sədrəddin Soltan

507