Təbrizdən Ermənistana çəkilən kəmərə “Qazprom” da qatılacaq
Dünyanın tanınan neft-qaz şirkətləri İran İslam Respublikası ilə iqtisadi-ticarət əlaqələrini məhdudlaşdırdığı və ya kəsdiyi bir halda Rusiyanın “Qazprom” müəssisəsi bu ölkənin neft-qaz yataqlarındakı layihələrə iştirak edəcəyini bildirir.
Lent.az-ın “k2kapital” istinadən məlumatında bildirilib ki, “Qazprom” idarə heyətinin sədr müavini Valeriy Qolubev təmsil etdiyi müəssisənin Təbriz-Yerasx (Ermənistanın cənubunda yerləşir) neft məhsulları kəmərinin tikintisində iştirakını təsdiqləyib.
“Bu layihə gerçək bir işdir. Neft məhsullarının daşınmasını nəzərdə tutan bu kəmər layihəsi, qənaətimcə, həyata keçiriləcək. Bu plan “Qazprom”un ümumi sərmayə proqramı hesabına maliyyələşəcək”.
Kəmərin Ermənistan ərazisindəki vəziyyətindən danışan Qolubev, onun dondurulmasını rentabelli olmaması ilə əlaqələndirib.
Bir müddət öncə Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan bildirmişdi ki, kəmərin tikintisi Ermənistan, Rusiya və İranın iştirakı ilə gerçəkləşəcək. Onun sözlərinə görə, tikintinin əsas maliyyə mənbəyi İrandır. “Qazprom” və “ArmRosqazprom”un isə bu layihənin maliyyələşdirilməsində payı 5-10 faiz təşkil edə bilər.
Xatırladaq ki, bu kəmər gerçəkləşəcəyi halda Təbrizdən Ermənistanın Yerasx rayonuna hər il 1,5 milyon ton benzin ötürüləcək. Ermənistanın neft yanacağına, benzinə illik tələbatının 450-500 min ton olduğu bildirilir. Benzinin bir hissəsini isə tərəflər ixrac etməyi planlaşdırır. Layihə 250-260 milyon dollar dəyərindədir.
Sədrəddin Soltan

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23