Ərdoğan: “Artıq mizraq çuvala sığmır”
01 iyun 2010 13:00 (UTC +04:00)

Ərdoğan: “Artıq mizraq çuvala sığmır”

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxış edib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan çıxışını İsrailin Qəzza sektoruna humanitar yük aparan gəmilərə hücumuna həsr edib.

Baş nazir deyib ki, yalanı dövlət siyasətinə çevirən bir dövlətdən olayla bağlı ədalətli və şəffaf bir araşdırma aparacağını gözləmək yersizdir. Türkiyənin bu məsələnin arxasınca gedəcəyini dilə gətirən Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə cavan, gücsüz bir dövlət deyil: “Türkiyə bir qəbilə dövləti də deyil. Kimsə Türkiyənin səbrini yoxlamağa cəhd göstərməməlidir. Türkiyənin dostluğu nə qədər qiymətlidirsə, düşmənçiliyi də o qədər təhlükəlidir. Türkiyənin dostluğunu itirmək belə bir ciddi itkidir”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, məsələ Türkiyə və İsrail arasında deyil: “Türkiyə həmişə Orta Şərqdə sülhün tərəfdarı olub. İsrail bölgədə ən böyük sülh tərəfdarlarından birini qarşısına alaraq hərəkətlər edir. Artıq mizraq çuvala sığmır. İsrail hökumətinin qanunsuzluqlarını pərdələmək, görməməzliyə vurmaq mümkün deyil. Beynəlxalq birlik artıq İsrailə “yetər artıq” deməlidir. BMT bu axşam qəbul etdiyi qınama qərarı ilə kifayətlənməməlildir. Orta Şərqdə İsrailin əməllərini heç kimsə cavabsız buraxmaz. Hər şeyin bir cavab var. İsraildə bu hökumət bunun zərərini görəcək. İsrail hökuməti bölgədə barışı minalayır, ətrafa etimadsızlıq yayan bir çibanın başına çevrilib”.

Türkiyənin baş naziri İsrail xalqına da çağırış edib: “Biz həmişə antisemitizmə qarşı olduq, israillilərin Orta Şərqdə dinc yaşamalarına dəstək verdik. İndi zülmə dur demək növbəsi İsrail xalqındadır. Hökumətiniz artıq dövlətinizi quldurluq edən bir qurum halına gətirib. Bu, ilk növbədə İsrail xalqının ziyanınadır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar